Cazibədar aktrisa Gülşən Hüseynli çəkildiyi «Güc sahibi» filminin qala gecəsinə qatılıb.
Qaynarinfo yenicag.az-a istinadən xəbər verir ki, Gülşən uzun yarıqlı libası və sinə dekoltesi ilə hər kəsin diqqətini üzərinə çəkib. Qala gecəyə gələn kişilər onunla şəkil çəkdirmək üçün növbəyə düzülüb. Fotokameramıza poz verən aktrisa saytımıza açıqlama verərək, özünə tərif yağdırıb:
"Maşallah, boy məndə, əndam məndə, qaş məndə, göz məndə: al da geyinsəm yaraşır, şal da. İstəyəndə açıq-saçıq geyinirəm. Kim qınayırsa paxıllığımı çəkir. Bilirəm ki, bu paltarımı müzakirə edəcəklər, vecimə də deyil”.
Şərhlər