CBC TV-nin avtomobili aşdı (FOTO)

CBC TV-nin avtomobili aşdı (FOTO)

"CBC" TV-nin çəkiliş qrupu yol qəzasına düşüb.

"Report"un xəbərinə görə, hadisə Tərtər-Bərdə yolu istiqamətində baş verib.

Qəzaya ölkə ərazisində hökm sürən qarlı və şaxtalı hava şəraiti nəticəsində yolların buz bağlaması səbəb olub. Belə ki, hadisə nəticəsində qəzaya uğrayan avtomobil aşıb. Avtoqəzada xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Telekanalın rəhbərliyi hadisədən sonra yerli icra orqanlarıyla əlaqə saxlayıb, avtoqəzanın fəsadlarının aradan qaldırılması istiqamətində bütün operativ addımlar atılıb.



 

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR