Dünya 12:07 27.01.2022

CBS: ABŞ hələ ki, Putinin özünə qarşı sanksiyalar tətbiq etməyəcək – Səbəb

Ağ Ev Rusiya prezidenti Vladimir Putinə qarşı sanksiyalar tətbiq etməyəcək. 

Qaynarinfo xəbər verir ki, CBS telekanalının mənbələrə istinadən verdiyi məlumata görə, bu qərar belə bir addımın "texniki çətinliklər” yaradacağına görə verilib.

Bir gün əvvəl Ağ Evin sözçüsü Cen Psaki Rusiya liderinə qarşı məhdudlaşdırıcı tədbirlərin nəzərdən keçirilib-keçirilməməsi ilə bağlı sualı cavablandırarkən bildirib ki, ABŞ Ukrayna ətrafında gərginliyin artacağı təqdirdə Rusiyaya qarşı mümkün sanksiyaları nəzərdən keçirərkən bütün variantlardan istifadə edir.
Mənbə aydınlaşdırıb ki, ABŞ-ın konkret şəxsə qarşı sanksiyaları onun digər dövlətlərə səfərini və tərəfdaşlarla koordinasiyasını çətinləşdirəcək.

Putinə qarşı məhdudlaşdırıcı tədbirləri Ağ Evin rəhbəri Co Bayden açıqlayıb. Bundan əvvəl "Washington Post” respublikaçı deputat Cim Benksin "Putinin məsuliyyətə cəlb edilməsi Aktı”nı ABŞ Konqresinə təqdim etdiyini yazmışdı. Qara siyahıya Rusiya prezidenti Vladimir Putin, onun mətbuat katibi Dmitri Peskov, baş nazir Mixail Mişustin, Moskva meri Sergey Sobyanin, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin, Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova və başqaları daxildir.
 
Alpər