Avqustun 18-də Ziyalılar Birliyinin ofisində siyasi qüvvələr, gənc fəallar və ictimai xadimlər son həbslərlə bağlı tədbir keçirib.
Qaynar.info Meydan TV-yə istinadən xəbər verir ki, tədbirdə qərara alınıb ki, iyulun sonu avqustun əvvəlində həbs edilən hüquq müdafiəçiləri Leyla Yunusun, Rəsul Cəfərovun, konfliktoloq Arif Yunusun və hüquqşünas İntiqam Əliyevin Müdafiə Komitəsi təsis olunsun.
Komitənin sədri professor Cəmil Həsənli, müavini, hüquqşünas Vidadi Mirkamal seçilib.
Qərara alınıb ki, komitə bütün siyasi-ictimai qurumlarla koordinasiyalı şəkildə işləyərək tədbirlər planı hazırlasın.
Qaynar.info
Şərhlər