“Cənab Leytenant”ın müəllifi: “Polad Həşimov barədə mahnı yazmağa əlim gəlmədi” (VİDEO)

“Cənab Leytenant”ın müəllifi: “Polad Həşimov barədə mahnı yazmağa əlim gəlmədi” (VİDEO)

Azərbaycan Yazıçılar Birliyinin Hərbi Vətənpərvərlik Komissiyasının sədri, şair-bəstəkar, "İgid əsgər, möhkəm dayan”, "Cənab Leytenant”, "Çağırır Vətən” mahnılarının müəllifi Şahin Musaoğlu "Qafqazinfo”ya müsahibə verib.

O müsahibəsində qeyd edib ki, şəhid Generalımız Polad Həşimovla bağlı hətta məşhur simalar, şairlər müraciət edib ki, mahnı yazsın:

"Açığı, özümü buna hazır hiss etmədim. Bir general bir orduya bərabərdir. Amma Polad bir neçə orduya bərabər general imiş. Biz onu şəhid düşəndən sonra anladıq. Mənim içimdə o gücü tapıb onun qəhrəmanlığını, rəşadətini, bir insan olaraq şəxsiyyətini ortaya qoya biləcək əsər yazmağa əlim gəlmədi. Qorxdum ki, layiqincə təsvir edə bilmərəm. İçimdə var, zaman gələcək, Polad Həşimov barədə musiqi əsəri yaradacam”.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR