Başqırdıstanın Cənubi Ural Dövlət Təbiət Qoruğunda meşə yanğını baş verib.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat
yayıb.
"7 hektar sahədə 1 meşə yanğını davam edir. (Beloretski rayonu, Cənubi Ural Dövlət Təbiət Qoruğu Federal Dövlət Büdcə Müəssisəsi - 7 hektar), - məlumatda deyilir.
Cənubi Ural Dövlət Qoruğu Başqırdıstanda və bütün Cənubi Uralda ən böyük qoruqdur. 19 iyun 1978-ci ildə Cənubi Uralın unikal təbii komplekslərini - dağ tayqaları və küknar meşələrini, yüksək dağ bitki icmalarını və bataqlıqları qorumaq üçün yaradılıb. Qoruğun ümumi sahəsi 252,8 min hektardır.
Alpər
Şərhlər