Video 15:31 04.04.2019

Cinayətkarı qəhrəman edən əsərlərin təsiri (VİDEO)

Dedektiv yazıçıların cinayətkarları əsərlərinə baş qəhrəman etməsi, cinayət detallarını açıq-aşkar göstərməsi, hətta bu azmış kimi bir sıra musiqilərin sözlərində belə qanuna zidd olan məqamlara rast gəlinir.

ARB TV-nin "Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Sakin: "Retro musiqilərə qulaq assaq bu cür bayağı mahnılar yaddan çıxar”.

Sakin: "Əlbəttə ki, çox pisdir elə mahnıların cəmiyyət içərisinə buraxılması əlbət ki mənfi cəhətdir”.

Mirmehdi Ağaoğlu - Yazıçı: "Sabah mən öz romanımda narkotik istifadə edən bir baş qəhrəman yaratsam, belə çıxır ki mən onu təbliğ etmiş sayılıram? Məncə yox. Ümumiyyətlə sənət adamı sənətini yaratmaqda, bədii əsərini yaratmaqda azaddır. Yazıçı əgər narkoman obrazı yaradırsa onun məqsədi narkomaniyanı təbliğ etmək demək deyil”.

Dedektiv, kriminal səpkidə kitabların müəllifi olan yazıçılar isə hər kəsin kitabdan özünə aid götürəcəklərinin olması qənaətindədirlər. Yəni ki, yaxşı insan yaxşı, pis insan isə pis cəhətləri örnək götürəcək.

Bəhram Çələbi - Yazıçı: "Pis olan kitabı oxudu-oxumadı həmin yolu tutub getməlidir, gedəcək də. Pis olanın bəziləri amma inandırım ki, biz "Avtoritet”  qəzeti yazırdıq, o türmədən çıxanların əksəriyyəti deyirdilər ki, məsələn "Avtoritet” qəzetini oxumaqla gördük ki bu yolu tutmaq həddindən artıq pis yoldur, uçuruma doğru aparır adamları”.

Millət vəkili Fazil Mustafa isə bu cür halların aradan qaldırılmasında əsas çıxış yolunu təhsilin gücləndirilməsində görür.

Fazil Mustafa - Millət vəkili: "Oğurluğa, cinayətə, narkomaniyaya və başqa istiqamətə insanları çəkməyə çalışırsa, mənəvi cəhətdən zərərli elementlər varsa mütləq cəmiyyət dirəniş göstərməlidir. Savadsızlıq olanda bayağılığa daha çox cəmiyyətə meyillənmə olur.  Bu da onu göstərir ki, cəmiyyəti savadlandırmaq lazımdır”.

Fərq etməz istər şair, istərsə də yazıçı əsər yazarkən cəmiyyəti düşünməli və auditoriyanı hara istiqamətləndirəcəyini düzgün müəyyən etməlidir ki, oxucular həmin əsərdə yazılanlardan cəmiyyət üçün faydalı olanı seçə bilsin.