Xəbər lenti

Cinayətkarın ifadələri dərsliyə salınacaq
Dünya 16:16 22.04.2013

Cinayətkarın ifadələri dərsliyə salınacaq

2011-ci ilin iyulunda Norveçdə 77 nəfəri öldürən əsrin qatili adını alan Anders Behrinq Breyvikin polisdə və məhkəmədə verdiyi ifadələr dərs kitablarına salınacaq. 

Qaynar.info-nun məlumatına görə, Polis Akademiyası Breyvikin istintaq və məhkəmə zamanı verdiyi ifadələrin kitaba salınaraq, Polis Akademiyasında doktorluq müdafiə etmək istəyən tələbələrə dərs kitabı olaraq təqdim ediləcəyini bildirib. 

Akademiyanın müdiri Kato Hemminqbi professor Toro Björgo ilə birgə bu məsələ üzərində işlədiklərini deyib: "Terrorçuların necə hazırlaşdıqlarını, hədəfi necə seçdikləri və məqsədlərinə necə nail olduqlarını polislərə öyrətməyimiz lazımdır. Bu məqsədlə Breyvikin ifadələrini dərsliyə salmaq istəyirik".

Qaynar.info


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->