44 milyon dolları mənimsəmiş çinli məmur edam cəzasına məhkum edilib.
Çin məhkəməsi Qinqdao Şəhər Xalq Konqresi daimi komitəsinin keçmiş sədr müavinini rüşvət aldığına görə ölüm cəzasına məhkum edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
"Müttəhim Zanq Xijun rüşvətxorluğa görə iki il möhlət, ömürlük siyasi hüquqlardan məhrum edilməklə və bütün şəxsi əmlakı müsadirə olunmaqla ölüm cəzasına məhkum edilib", deyə məlumatda bildirilir.
Lakin qeyd olunur ki, iki ildən sonra onun ölüm hökmü şərti azadlığa buraxılma imkanı olmadan ömürlük həbslə əvəzlənəcək.
Bu yaxınlarda Çin rəsmilərinə və partiya işçilərinə iş saatlarında ləzzətli yeməklər yemək və spirtli içki qəbul etmək qadağan edilib. Bu barədə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin və Çin Xalq Respublikası Dövlət Şurasının sərt iqtisadiyyat və israfçılığa qarşı mübarizə haqqında qərarında deyilir. Sənəddə rəsmi standartlara ciddi riayət edilməsi və xərclərin monitorinqi sisteminin tətbiqi” tələb olunur. Qurumun fikrincə, bu, məmurların qənaətcil olmasına stimuldur.
Aydın
Şərhlər