ABŞ prezidenti Corc Buş (oğul) ürəyindən cərrahiyyə əməliyyatı olunub.
Anspress Amerika mətbuatına istinadən bildirir ki, bu gün səhər onun ürəyinin tac arteriyasında stentləşdirmə aparıblar.
Həkimlər hər il apardıqları müayinə zamanı damar tıxanması aşkarlamışdılar. Əməliyyat Texas presviterian klinikasında aparılıb. ABŞ-ın 43-cü prezidentinin mətbuat xidməti bildirib ki, Corc yaxşı əhvaldadır və sabah evə çıxacaq.
Corc Buş (oğul) 2001-2009-cu illərdə iki müddətə ABŞ prezidenti olub.
Qaynar.info
Şərhlər