Xəbər lenti

COVID-19 xəstələrinin vəziyyətinin ağırlığını təyin etmək üçün yeni yol tapıldı
Sağlamlıq 19:04 10.12.2020

COVID-19 xəstələrinin vəziyyətinin ağırlığını təyin etmək üçün yeni yol tapıldı

COVID-19 xəstələrinin göz yaşları xəstəliyin ağırlıq dərəcəsini təyin etməyə kömək edə bilər. İspaniyanın San Karlos klinikasının oftalmologiya şöbəsinin mütəxəssisləri bu qənaətə gəliblər.

"Report” xəbər verir ki, bu barədə "RİA Novosti” "ScienceDirect” portalında dərc olunan araşdırmaya istinadən məlumat verib.

Həkimlər 41 sağlam və 62 koronavirusa yoluxmuş insanın qanından və gözünün selikli qişasından alınan nümunələri təhlil ediblər. Məlum olub ki, yoluxmuş insanların qan plazmasında olduğu kimi, göz yaşlarında da sitokin - immunitet sistemini virusla mübarizə aparmaq səfərbər edən molekul tərkibi artıb.

Alimlər qeyd edirlər ki, koronavirusa yoluxmuş insanlarda qan əvəzinə gözün selikli qişasından yaxma götürmək olar. Bununla belə, asemptomatik və ya xəstəliyi yüngül keçirən insanlarda gözün selikli qişasında virus hissəciklərin miqdarının diaqnoz qoymaq üçün yetərli olmaya biləcəyi vurğulanır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->