Sənət 14:28 02.12.2021

COVİD-ə yoluxan xalq artistinin xanımı: “Həkimlər deyir ki...”

Azərbaycanın tanınmış diktoru, Xalq artisti Eldost Bayramın səhhətində irəliləyiş var.

Bu barədə Qaynarinfo-ya Xalq artistinin həyat yoldaşı Minarə Bayram məlumat verib.
 
Xanımı Eldost Bayramın hələ reanimasiyada oldğunu vurğulayıb:

"Şükürlər olsun ki, Eldostun vəziyyəti bir az yaxşılaşıb. Həkimlər deyir ki, əvvəlki günlərə nisbətən vəziyyəti yaxşılığa doğru gedir. Reanimasiyada olduğundan onunla hələ danışa bilmirəm. Həkimlərin hər birinə təşəkkür edirəm, reanimasiyada xəstələrə yüksək səviyyədə nəzarət və diqqət var”.

Qeyd edək ki, Xalq artisti Eldost Bayram koronavirusa yoluxub. Vəziyyəti kəskin ağırlaşan diktor noyabrın 29-da Zığ qəsəbəsindəki modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Bahar Rüstəmli