Xəbər lenti

COVİD-i yüngül formada necə keçirmək olar? - Akademik açıqladı
Sağlamlıq 15:11 12.12.2020

COVİD-i yüngül formada necə keçirmək olar? - Akademik açıqladı

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Federal Dövlət Muxtar Ali Təhsil Təşkilatının Sklifosovski adına Kliniki Tibb İnstitutunun Kliniki İmmunologiya və Allerqologiya şöbəsinin rəhbəri, aparıcı immunoloq, Rusiya Elmlər Akademiyasının akademiki Aleksandr Karaulov xəstəliyin yüngül formada keçirilməsi üçün nə etmək lazım olduğundan danışıb.
 
Qaynarinfo xəbər verir ki, alim bu haqda AiF-ə müsahibəsində məlumat verib. Mütəxəssisin sözlərinə görə, o adamlar ağır xəstələnirlər ki, onların immuniteti qaydasında deyil, yəni infeksiya ilə qarşılaşmağa lazımi dərəcədə hazır deyillər. Eyni zamanda immuniteti artırmaq üçün dərmanların nəzarətsiz istifadəsi ilə bağlı da xəbərdarlıq edib: 
 
"Mən immunomodulyasiya aktivliyi olan dərmanların ağıllı istifadəsinin və tənəffüs yollarının bütün xəstəliklərinə qarşı peyvəndin tərəfdarıyam".
İmmunoloqa görə, vitaminlər güclü immunitet əldə etməyə kömək edir, ancaq bunlar həkimin seçimiylə olmalıdır. Bundan əlavə, sağlam yuxu və stresdən qaçmaq bacarığı çox vacibdir.
 
Akademik daha az televiziya izləməyi və xroniki xəstəlikləri nəzarət altında saxlamağı tövsiyə edib.
 
"Bu da ağır koronavirus infeksiyasının qarşısını almağa kömək edəcək", - deyə immunoloq əlavə edib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->