Dünya 13:56 30.10.2021

COVİD necə yaranıb? - ABŞ kəşfiyyatı məxfilikdən çıxardığı nəticələri yaydı

ABŞ Milli Kəşfiyyatı Direktorunun Ofisi (ODNI) kəşfiyyat cəmiyyətinin koronavirusun mənşəyi ilə bağlı məxfilikdən çıxardığı nəticələri açıqlayıb.

 

Ölkənin kəşfiyyat orqanlarının əksəriyyəti virusun bioloji silah kimi hazırlanmadığına və "ehtimal ki, gen mühəndisliyi ilə hazırlanmadığına" inanır. Bununla belə, iki departament hesab edir ki, belə bir qiymətləndirmə üçün "kifayət qədər məlumat yoxdur", - sənəddə deyilir.

 

Qaynarinfo xəbər verir ki, kəşfiyyat məlumatlarına görə, Çin hakimiyyəti Vuhanda koronavirus epidemiyası baş verənə qədər SARS-CoV-2-nin varlığından xəbərsiz olub.

 

Hesabatın müəllifləri koronavirusun mənşəyi ilə bağlı birmənalı nəticəyə gələ bilməyiblər. Əsas olan iki versiya hesab olunur: virusun heyvandan insana təbii ötürülməsi və ya "laboratoriya ilə bağlı insident”.

 

Müəlliflər vurğulayırlar ki, koronavirusun mənşəyini qəti şəkildə müəyyən etmək üçün Çinin əməkdaşlığı lazımdır. Bununla belə, sənədə görə, Pekin "qlobal təhqiqata mane olmaqda davam edir”, məlumat mübadiləsini dəstəkləmir və "ABŞ daxil olmaqla, başqa ölkələri günahlandırır”.

 

Oxşar nəticələr ABŞ milli kəşfiyyatının avqustun sonunda məxfiliyi ləğv edilmiş hesabatında da yer alıb. Koronavirusun Çin tərəfindən bioloji silah kimi hazırlanmadığı və Çin rəsmilərinin SARS-CoV-2-nin ilk epidemiyaları ortaya çıxana qədər virus haqqında heç bir məlumatının olmadığı bildirilib.

 

Alpər