Xəbər lenti

Çoxumuzun tərəvəz hesab etdiyimiz bitki ən sağlam meyvə seçildi
Sağlamlıq 21:00 18.02.2026

Çoxumuzun tərəvəz hesab etdiyimiz bitki ən sağlam meyvə seçildi

ABŞ-lı ekspertlərin qida sıxlığı reytinqinə görə, gündəlik süfrəmizdə tez-tez yer alan pomidor 20,37 bal toplayaraq bütün meyvələri geridə qoyub.

Qaynarinfo xəbər verir ki, baxmayaraq ki, çoxları pomidoru tərəvəz hesab edir, elmə görə o, meyvə sayılır. Onun bu qədər faydalı olmasının əsas səbəbi tərkibindəki likopen maddəsidir. Likopen güclü antioksidantdır və ürək-damar xəstəliklərinin qarşısını almağa, damarları qorumağa, bəzi xərçəng növlərinə qarşı müdafiə yaratmağa kömək edir.

Mütəxəssislər bildirirlər ki, pomidor bişirildikdə faydasını itirmir, əksinə likopenin orqanizm tərəfindən mənimsənilməsi daha da artır.

Siyahıda pomidordan sonra limon və çiyələk gəlir.

2026-cı ilin qidalanma hesabatına görə, ümumi qida dəyəri və qoruyucu təsiri nəzərə alındıqda pomidor ən sağlam meyvə seçilib.
 
 
Günay
--> -->