Artıq bir neçə ildir ki, çoxuşaqlı ailə anlayışının yenidən nəzərdən keçirilməsi, bu kateqoriyaya aid uşaqların sayının beşdən üçə endirilməsi ilə bağlı təkliflərin Milli Məclisə təqdim olunması barədə deputatların çıxışlarını eşidirik.
Onların təkliflərinə əsasən, üç və daha çox uşağı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur.
Lakin görünən odur ki, bu təkliflərlə bağlı hələ də konkret nəticə yoxdur. Əgər təkliflər həqiqətən Milli Məclisə təqdim olunubsa, niyə indiyədək müzakirəyə çıxarılmayıb?
İqtisadçı Natiq Cəfərli Qaynarinfo-ya açıqlamasında bu məsələ ilə bağlı uzun müddətdir müzakirələrin aparıldığını bildirib:

“Çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi və buna uyğun olaraq üstünlüklərin verilməsi məsələsi müzakirə olunur. Doğrudan da, müasir dünyada üç uşaq artıq çoxuşaqlı ailə sayılmalıdır. Çoxuşaqlı ailələr üçün nəzərdə tutulan üstünlüklərdən onlar da istifadə etməlidirlər. Nəzərə alsaq ki, bizdə kifayət qədər ciddi demoqrafik problem yaranıb...”
Natiq Cəfərli Azərbaycanda doğuş sayının aşağı düşdüyünü vurğulayıb:
“Belə vəziyyətdə bu dəyişikliyin qəbul olunması çox yerinə düşərdi. Amma hələlik, təəssüf ki, bununla bağlı əməli fəaliyyəti və müzakirələri biz görmürük”.
Bahar Rüstəmli
Şərhlər