"Mən Qarabağ münaqişəsinə görə təhlükəsizlik sahəsində 2020-ci ildə yaranmış mürəkkəb çağırışları anlayıram”.
Bu fikirləri ABŞ prezidenti Cozef Bayden Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyana növbədənkənar parlament seçkilərində qələbə qazanması və yeni hökumət formalaşması ilə bağlı məktubunda qeyd edib.
ABŞ rəhbəri Birləşmiş Ştatların ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqlara sadiq olduğunu vurğulayıb.
"Biz Ermənistan və Azərbaycanı danışıqlar predmetinə mümkün qədər tez qoşulmağa çağırırıq", - ABŞ prezidenti vurğulayıb.
Cozef Bayden danışıqlar prosesində Gürcüstanın dəstəyi ilə əldə olunmuş irəliləyişin gələcəkdə regional əməkdaşlıq üçün əsas olacağına ümid etdiyini bildirib.//report.az
Şərhlər