Xəbər lenti

Vətən müharibəsinin iştirakçısı idarə rəisi təyin edilib
Ekonomiks 14:56 08.11.2024

Vətən müharibəsinin iştirakçısı idarə rəisi təyin edilib

Dövlət Gömrük Komitəsinin (DGK) Gəncə Gömrük İdarəsinə yeni rəis təyin edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun bir müddət əvvəl verdiyi əmrlə sözügedən vəzifəyə Şamil Həsənli təyin olunub. 

Ötən ilin iyul ayında Gəncə Gömrük İdarəsinin rəisi təyin olunan Qədirov Pərviz Paşa oğlu isə Tovuz Gömrük İdarəsinin rəisi təyin edilib. 

Qeyd edək ki, Şamil Həsənli DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin əməkdaşı olub. II Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq cəbhəyə yollanıb. Füzuli, Hadrut, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın rayonları ərazisində gedən döyüşlərdə iştirak edib. 

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->