Cüdo yığmasının üzvlərindən tərbiyəsizlik - jurnalisti təhqir etdilər (FOTOLAR)

Cüdo yığmasının üzvlərindən tərbiyəsizlik - jurnalisti təhqir etdilər (FOTOLAR)

Azərbaycan cüdo yığmasının üzvlərinin sosial şəbəkədəki davranışı narazılığa səbəb olub.

Qaynarinfo Futbolpress.az-a istinadən xəbər verir ki, Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə dünya çempionatında qadınlardan ibarət Azərbaycan yığması fiaskoya uğramaqdadır. Bu günə qədər tatamiyə çıxan qadın cüdoçuların hamısı yarışın ilkin mərhələlərində uduzaraq, mundialı medalsız tərk ediblər. Bununla bağlı Azərbaycan Cüdo Federasiyasının "Facebook"dakı səhifəsinə "Qadınlar yığması gəzməyə getmişdi, deyəsən" rəyini yazan "Sporter.az" səhifəsinin idarəçisi kimi tanınan idman bloqeri, jurnalist Elmar Rza millinin üzvü Aişə Qurbanlı tərəfindən təhqir olunub.

Daha sonra digər yığma üzvü Hidayət Heydərov Aişə Qurbanlıya dəstək verərək Elmar Rzanı təhqir edib, ona hədə-qorxu gəlib. Sözügedən mundialda bürünc medal qazanan Heydərov şərhlərdə Rəşad Sultanov adlı şəxsin də ünvanına xoşagəlməz sözlərdən istifadə edib.

Uğursuzluqları ilə bağlı tənqidə cüdoçuların belə reaksiyası sosial şəbəkədə böyük əks-səda doğurub.
XƏBƏRLƏR
BLOGLAR