Rusiyada keçirilən dünya çempionatı davam edir.
Qaynarinfo xəbər verir ki, bu gün E qrupunda II turun oyunları keçirilir.
Əvvəlcə meydana Braziliya və Kosta Rika milliləri çıxıb. Braziliyalılar ilk turda İsveçrə ilə "sülh" bağlamış (1:1), Kosta Rika isə Serbiyaya minimal hesabla yenilmişdi. 90 dəqiqə ərzində Braziliya dəfələrlə qola yaxın olsa da, hesab əlavə vaxtda açılıb. 90+1-ci dəqiqədə Filipe Koutinyo ilk qolu vurub. 90+8-ci dəqiqədə isə Neymar fərqlənib.
Qeyd edək ki, qrupun digər matçında Serbiya və İsveçrə milliləri qarşılaşacaq.
DÇ-2018
E qrupu
II tur
22 iyun
Braziliya - Kosta Rika 2:0
Qollar: Filipe Koutinyo, 90+1. Neymar, 90+8.
Braziliya: 1. Alisson, 2. Tiaqo Silva (k), 3. Miranda, 5. Kasemiro, 9. Qabriel Xesus (17. Fernandinyo, 90+3), 10. Neymar, 11. Filipe Koutinyo, 12. Marselo, 15. Paulinyo (20. Firmino, 68), 19. Villian (7. Duqlas Kosta, 46), 22. Faqner.
Ehtiyat oyunçular: 16. Kassio, 23. Ederson, 4. Jeromel, 6. Filipe Luis, 8. Renato Auqusto, 13. Markinyos, 18. Fred, 21. Tayson, 14. Danilo.
Baş məşqçi: Tite.
Kosta Rika: 1. Keylos Navas, 2. Conni Akosta, 3. Cankarlo Qonzales, 5. Selso Borxes, 6. Oskar Duarte, 8. Brayan Ovyedo, 10. Brayan Ruis (k), 11. Yohan Veneqas, 16. Kristian Qamboa (15. Fransisko Kalvo, 75), 20. David Quzman (17. Eltsin Teyeda, 83), 21. Marko Urenya (7. Kristian Bolanyos, 54).
Ehtiyat oyunçular: 18. Patrik Pemberton, 23. Leonel Moreyra, 4. Yan Smit, 9. Daniel Kolindres, 12. Joel Kempbell, 13. Rodni Uolles, 14. Rendall Asofeyfa, 19. Kendall Uoston, 22. Kennyer Qutyerres.
Baş məşqçi: Oskar Ramires.
Sarı vərəqələr: Neymar, 81. Filipe Koutinyo, 81 - Conni Akosta, 84.
Baş hakim: Byorn Kunpers (Hollandiya).
Sankt Peterburq. Krestovski stadionu.
1 |
Braziliya |
2 |
1 |
1 |
0 |
3:1 |
4 |
2 |
Serbiya |
1 |
1 |
0 |
0 |
1:0 |
3 |
3 |
İsveçrə |
1 |
0 |
1 |
0 |
1:1 |
1 |
4 |
Kosta Rika |
2 |
0 |
0 |
2 |
0:3 |
0 |
Şərhlər