Sovet İttifaqının dağılmasından sonra əhalisi sürətlə azalan Rusiyada bu problemin həlli illərdi müzakirə mövzusuna çevirilib. Demoqrafiq artımın yollarını axtaran hökumət üçün bu ölkədə keçirilən dünya çempionatı əla şans ola bilər.
Rusiyada 90-cı ildə II Dünya müharibəsindən sonra ilk dəfə ölümlərin sayı doğum sayını keçib. Enişin sürətlənməsində səbəb iqtisadi problemlər, günü-gündən pisləşən həyat şərləri və artan ölüm sayının artması rol oynayıb.
Əhalinin azalması Kreml üçün də böyük problemə səbəb olub. Prezident Vladimir Putin rusları daha çox uşaq sahibi olmağa həvəsləndirmək üçün bəzi islahatlar aparmalı olmuşdu. Amma bunun da ciddi nəticəsi olmadı.
Bəs futbol necə, həqiqətən işə yarıya bilərmi?
DÇ-yə ev sahibliyi edənlərin əhalisi artır
BBC-nin araşdırmalarına görə, İngiltərədə 1966-ı ildə keçirilən dünya çempionatından sonra doğum sayında ciddi artım olub.
Analoji vəziyyət Almaniyada da müşahidə olunub. 2006-cı ildə bu ölkədə keçirilən mundialdan sonra doğumların sayı 15 faiz artıb.
Doğum üzrə mütəxəssis Rolf Klişe həmin vaxt Almaniya mediasına açıqlamasında "Əksər insanlarda matçlar zamanı yaranan həyacan davam etdi və final fitindən sonra bu həyacanı başqa formalarda ifadə etdilər" demişdi.
7:1 hesabı "doğum partlayışı" yaratdı
"DÇ-2018"in ev sahibi Braziliyanın Almaniyaya 1:7 hesablı məğlubiyyəti "doğum partlayışı" effekti yaradıb.
Rəsmi məlumatlara görə, bu oyundan 9 ay sonra - 2015-ci ilin martında bir il əvvəlki dönəmə nisbətən doğum sayında 7 faizlik artım olub.
Futbolun doğum faizləri üzərindəki təsiri sadəcə böyük turnirlərdə müşahidə olunmur. İngilərə Tibb Dərgisində yayımlanan bir araşdırmada "Barselona"nın ulduzu Andres İnyestanın 6 may 2009-cu ildə "Çelsi"yə son dəqiqədə urduğu qoldan sonra ortaya çıxan "uşa partlayışı" üçün "İnyesta quşağı" terimini ilk dəfə istifadə edilib.
İnyestanın Londonda vurduğu qol "Barselona"nı Çempionlar Liqasının finalına çıxarmışdı. Araşdırmada Kataloniyanın orta təbəqəsində 2010-cu ilin fevralında baş tutan doğuşlar araşdırılıb və İnyesanın qolundan 9 ay sonrakı doğuşlar 16 faiz artığı ortaya çıxıb.
İsandiya da doğuş faihlərində bir oyundan yararlanan ölkələrdəndir. 2016-cı ilin iyununda İslandiya millisi Avropa çempionatında İngiltərəni mübarizədən kənarlaşdırmışdı. Matçı 27 min islandiyalının, yəni ölkə əhalisinin 10 faizinin stadionda izlədiyi təxmin edilirdi. Bu oyundan 9 ay sonra İslandiya mediası doğum sayındakı inanılmaz artımdan yazırdı.
Rusiya millisi FIFA reytinqində yüksək pillələrdə qərarlaşmasa da, 1/8 finala vəsiqə qazana bilib. Araşdırmalalar göstərir ki, ruslar İspaniya səddini də keçsə, ölkədə "doğuş partlayışı" baş verə bilər.
Şərhlər