Xəbər lenti

Foto 16:14 09.06.2018

"DÇ-2018" üçün çəkilən çarx ölkəni qarışdırdı: irqçilik, faşizm... (FOTOLAR)

İslandiya Futbol Federasiyasının Dünya çempionatı üçün hazırladığı video çarx ölkədə səs-küyə səbəb olub.

Qaynarinfo xəbər verir ki, animasiya şəklində hazırlanmış videoda futbolçuların vəhşi təsviri bir çox şəxs tərəfindən irqçi, faşizmin təbliğatı kimi dəyərləndirilib. Təsvirlərdə İngiltərənin "Everton" klubunun ulduzu Gilfi Siqurdssonun əlində qalxan, geyimində isə qan var. Video "İslandiya üçün" sözü ilə yekunlaşır. 

İslandiyalı musiqi tənqidçisi Egert Thoroddsen görüntüləri belə şərh edib:
 
"İslandiya milli komandasının məşhur olmasının səbəbi videodakı təsvirlərin əksi olan "fair play" qaydalarıdır. Futbolçular burada qeyri-insani, barbar, qana susamış şəkildə göstərilib".

Azarkeşlər isə bu təqdimatın ölkənin dəyərlərini əks etdirmədiyi dilə gətirib.

Qeyd edək ki, İslandiya bu il ilk dəfə Dünya çempionatında iştirak edəcək. Qrup mərhələsində bu ölkənin rəqibləri Argentina, Nigeriya və Macarıstandır.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->