Azərbaycanda baş həkim işdən çıxarılıb.
Qaynarinfo-nun Oxu.Az-a istinadən məlumatına görə, Göyçay Rayon Mərkəzi Xəstəxanasının direktoru Elçin Bilalov tutduğu vəzifədən azad edilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumatı Oxu.Az-a təsdiq ediblər.
Qurumdan bildirilib ki, Elçin Bilalovla bağlanmış əmək müqaviləsinin müddəti bitib və müddət uzadılmayıb.
Şərhlər