Dünya 23:00 25.08.2023

Daha bir iqlim fəlakəti: "Əbədi buzlaqlar" yoxa çıxır

İndoneziyada dünyanın azsaylı tropik buzlaqlarından ikisi - 4884 metr hündürlükdə Karstens piramidası və 4700 metr hündürlükdə olan Şərqi Şimal-Voll firni əriyir. Onlar 2026-cı ilə qədər və ya daha tez yox ola bilər.

Qaynarinfo "The Guardian" istinadən xəbər verir ki, ölkənin geofizika agentliyi Sakit okeandakı El Nino hava fenomeninin builki quraqlıq mövsümünü 2019-cu ildən bəri ən sərt mövsümə çevirə biləcəyini bildirib. 

Dünyadakı tropik meşələrin 1/3-nə sahib olan İndoneziya meşə yanğınları riskinin və təmiz su təchizatı üçün təhlükələrin artacağını gözləyir. Və bir iqlim alimi hətta bunun 12.000 illik tropik buzlaqları təhlükə altına sala biləcəyi barədə xəbərdarlıq edib.

El Nino ərimə prosesini sürətləndirə bilər, buzlaqlar 2026-cı ilə qədər və ya daha tez yoxa çıxa", Donaldi Permana "Əbədi buzlaqlar" adlanan yerdən bəhs edib.

Donaldinin sözlərinə görə, buzlaqlar son bir neçə ildə əhəmiyyətli dərəcədə azalıb, 2010-2021-ci illər arasında 32 metrdən 8 metrə düşüb. Onların ümumi eni 2,4 km-dən (2000-ci ildə) 230 metrə (2022-ci ildə) enib.

Ərimənin qarşısını almaq artıq demək olar ki, mümkün deyil. Lakin buzlaqların yox olması regional ekosistemləri poza və 10 il ərzində qlobal dəniz səviyyəsinin qalxmasına səbəb ola bilər.

"İndi biz buzlaqların yoxa çıxmasını sənədləşdirə bilərik. Ən azından gələcək nəsillərə bizim buzlaqlarımızın olduğunu deyə bilərik", deyə Donaldi əlavə edib.

İndoneziya dünyanın ən böyük kömür ixracatçısıdır. Eyni zamanda, ölkə 2060-cı ilə qədər sıfır xalis emissiyaya nail olmağı hədəfləyir. Kömür elektrik enerjisi hazırda ölkənin enerji təchizatının yarıdan çoxunu təşkil edir. Keçən il İndoneziya 2030-cu ilə qədər emissiyaları 31,89% (müstəqil olaraq) və ya 43,2% (beynəlxalq dəstək ilə) azaltmaq üçün iddialı bir plan elan edib.

Aydın