Daha bir jurnalist vəzifəyə təyin edildi

Daha bir jurnalist vəzifəyə təyin edildi

Əməkdar jurnalist, yazıçı Natiq Məmmədliyə vəzifə verilib.

Qaynarinfo-nun xəbərinə görə, o, bu barədə sosial media hesabında məlumat verib:

"25 illik jurnalistlik fəaliyyətimdə yeni, daha məsuliyyətli mərhələyə qədəm qoyuram. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri kimi fəaliyyətə başlayıram. Bu keçdiyim həyat yoluna, təcrübəmə və peşəkarlığıma göstərilən böyük etimaddır. Yeni düşüncəli, vətənpərvər, intellektual komandanın üzvü kimi bu etimadı doğrultmaq üçün səylərimi əsirgəməyəcəyəm. Məsuliyyəti dərk etmək və vicdanla çalışmaq – mənim köhnə prinsipimdir, yeni işimdə də ona sadiq qalacağam".
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR