Xəbər lenti

Daha bir ölkə Bakıda konsulluğunu açır
Siyasət 13:02 03.12.2018

Daha bir ölkə Bakıda konsulluğunu açır

Gələn il Venesuelanın Bakıdakı səfirliyində konsulluq şöbəsinin açılması planlaşdırılır.

Bu barədə 1news.az-a müsahibəsində Venesuela Bolivar Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pedro Argenis Sançes Flores deyib.

Onun sözlərinə görə, hazırda Venesuelaya səfər edən azərbaycanlılar vizanı Türkiyə və İrandakı diplomatik korpuslardan əldə edirlər.

"Gələn il Azərbaycanda səfirliyin konsulluq şöbəsinin açılmasını nəzərdə tutmuşuq. Bundan sonra azərbaycanlılar Bakıda viza əldə edə biləcəklər. Ümid edirəm ki, bu, Venesuelaya səfər edənlərin sayını da artıracaq”.

Pedro Argenis Sançes Flores bildirib ki, gələn il Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduronun Azərbaycana səfəri planlaşdırılır.

Onun sözlərinə görə, prezident Maduronun 2019-cu ildə Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Zirvə görüşündə iştirakı gözlənilir.

Xatırladaq ki, Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək. Bu çərçivədə gələn il Bakıda Zirvə görüşü olacaq.

Prezident Maduro daha əvvəl 2016-cı ildə Azərbaycanda səfərdə olub.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->