Daha bir ölkədə koronavirusdan ölüm baş verdi

Daha bir ölkədə koronavirusdan ölüm baş verdi

Daha bir ölkədə koronavirusdan ölüm baş verib.

Qaynarinfo xəbər verir ki, bu dəfə Tayvanda ölüm faktı qeydə alınıb. Bu barədə ölkənin Mərkəzi İnformasiya Agentliyi məlumat yayıb.

Bildirilib ki, ölən şəxs 60 yaşında olub. O, son dövrlər nə Çinin Uxan şəhərinə, nə də Xubey əyalətinə səfər edib, həmçinin epidemiyanın tüğyan etdiyi regionlardan gələn insanlarla da ünsiyyətdə olmayıb. Hazırda müvafiq orqanlar onun virusa hansı şəraitdə yoluxduğunu müəyyənləşdirməyəçalışır.

Qeyd edək ki, Çində koronavirusa yoluxanların sayı 68,5 min nəfəri ötüb. Pnevmaniya ölkədə 1665 nəfərin həyatına son qoyub.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR