Tamaşaçıların sevə-sevə izlədiyi “Oscar production”un istehsalı olan “Məhkumlar” bədii televiziya serialının 30-cu bölümündə də bir sıra maraqlı hadisələr baş verir.
Belə ki, bu seriyada Solmazın qəflətən xəstəxanada dünyasını dəyişməsi, demək olar ki, hamını sarsıdır. Uzun müddətdir həbsxanada olan Qalib məhəkəmənin hökmüylə azadlığa çıxır. Bir gün təcridxanada saxlanılan Adil evə qayıdarkən Solmazın ölüm xəbərini eşitdikdən sonra özünü heç cür bağışlaya bilmir.
Bu zaman Adillə uşaqlıq dostu olan müstəntiq Rüstəm arasında böyük bir gərginlik yaşanır. Zər Şahmarın çox hiyləgər, fırıldaqçı və təhlükəli bir adam olduğunu ağlına belə gətirməyən Xuraman onu rəhbərlik etdiyi şirkətə İcraçı direktor vəzifəsinə təyin edir.
Solmazın ölüm xəbərini eşitdikdən sonra təsirlənməsinə, hətta ağlamasına rəğmən Xuraman onun övladını ələ keçirmək üçün çirkin planlar cızmağa başlayır...
Bütün bu hadisələrin necə cərəyan etdiyini bilmək istəyirsinizsə, “Məhkumlar” serialının intriqa və həyəcan dolu 30-cu bülümünü bu axşam saat 19.10-da ATV kanalında izləməyi unutmayın.
Qaynar.info
Şərhlər