Ötən gün "Maşın” şounun növbəti buraxılışı yayımlanıb.
Lent.az-ın məlumatına görə, bu dəfə səs verməyə müğənni Niyam Salami çıxarılıb. O, veriliş boyunca hədəfini açıqlamayıb. Oyunda iştirakçılar arasında gərginlik yaşanıb. Xalq artisti Fatma Mahmudova əlini maşından çəkərək, yarışdan getdiyini açıqlayıb.
Sonda N. Salami69,36 faiz səs toplayaraq yarışmada qalıb. O,heç kimi şoudan uzaqlaşdırmayıb.
Qeyd edək ki, şouda oyunu müğənnilər Türkan Vəlizadə, Ramal İsrafilov, Niyam Salami, aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Qasımoğlu, aktrisa Zümrüd Qasımova davam etdirir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər