Ölkə 13:10 08.12.2021

Daha bir millət vəkili Saleh Rüstəmovla bağlı Prezidentə müraciət etdi

"Deputat həmkarım hörmətli Vahid Əhmədovun Saleh Rüstəmovun azadlığa buraxılması ilə bağlı cənab Prezidentə etdiyi müraciətə mən də qoşuluram”. 

Qaynarinfo xəbər verir ki, bu sözləri millət vəkili Etibar Əliyev öz sosial şəbəkə hesabında yazıb. 

O, Vahid Əhmədovun müraciətini xatırladıb: 

"Humanizm prinsiplərini əsas tutaraq Saleh Rüstəmov barəsində ədalətli qərar qəbul edilməsinə və onun azadlığa buraxılması üçün səlahiyyətləriniz çərçivəsində yardımçı olmağınızı xahiş edirəm”.