Daha bir mülki şəxs yaralandı

Daha bir mülki şəxs yaralandı

Bu gün səhər saatlarından başlayaraq Ermənistan ordusu Tərtəri ağır artilleriyadan atəşə tutur.

Qaynarifo-nun Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, düşmən tərəfindən atılan mərmi nəticəsində rayonun Azad Qaraqoyunlu kənd sakini, 1978-ci il təvəllüdlü Mehdiyev İsmayıl Rüstəm oğlu yaralanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bu gün ümumilikdə Tərtərə 400-ə yaxın mərmi düşüb. Bu mərmilərdən biri mülki sakin 1982-ci il təvəllüdlü Həsənov Zabil Məhəmməd oğlunun ölümünə səbəb olub. Bundan başqa, bir sıra yaşayış evləri və iaşə obyektləri dağılıb.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR