Xəbər lenti

Daha bir neçə avtobusun hərəkəti dəyişdirildi -SIYAHI
Ekonomiks 13:17 11.05.2015

Daha bir neçə avtobusun hərəkəti dəyişdirildi -SIYAHI

Bu gün-mayın 11-də Bakıda daha bir neçə sərnişin avtobusunun hərəkət istiqamətlərində dəyişikliklər olub. Lakin bu barədə sərnişinlərə əvvəlcədən məlumat verilməyib. 

Qaynar.info virtualaz.org-a istinadən xəbər verir ki, Hövsandan şəhər istiqamətinə gedən yeganə marşrutun -175 saylı avtobusun son dayanacaq məntəqəsi dəyişdirilib. Belə ki, əvvəllər 28 May-Hövsan istiqamətində hərəkət edən avtobusun son dayanacağı metronun “Xətai” stansiyasının qarşısı olacaq. Son 2 gündə isə avtobus Hövsan-“Həzi Aslanov” metrosuna qədər işləyib.

28 May-Əhmədli istiqamətində hərəkət edən 46 saylı avtobusun da marşrutunda dəyişiklik olub. Səhər saatlarında əvvəlki marşurut üzrə işləyən sürücülərə avtobusların “Xətai” metro stansiyasının yaxınlığına buraxılmayacağı ilə bağlı xəbərdarlıq edilib.

32 saylı sərnişin avtobusunun son dayanacağı isə metronun “28 May” stansiyasının qarşısından “Xətai” stansiyasının qarşısına köçürülüb.

Qeyd edək ki, Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin rəsmisi Vüqar İbrahimli “Qafqazinfo”ya açıqlamasında mayın 4-də 70 , 124 saylı avtobusun hərəkət istiqaməti dəyişdirildiyini, 14 nömrəli marşrutun 24 saylı xətt avtobusu ilə əvəz olunduğunu, 1, 20, 188, 53, 90, 83 saylı avtobuslarının isə ləğv edildiyini  bildirmişdi:

“86 saylı avtobus 29 saylı marşrutla əvəz olunub. 124 saylı avtobusun marşrutu 20-ci sahəyə qədər uzadılıb. 193 saylı marşrut şəhərin mərkəzindən çıxarılıb. 70 saylı avtobusun istiqaməti dəyişdirilib. 95 və 2 saylı marşrut xəttinin hərəkət istiqaməti “Xətai” metrosuna qədər qısaldılıb”.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->