İran Xarici İşlər Nazirliyində işləyən daha iki diplomatın həbs edildiyi barədə məlumat yayılıb.
APA-nın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, onların adları və soyadları açıqlanmayıb. Eyni zamanda xəbərdə həmin diplomatların nədə günahlandırıldıqları və harada saxlanıldıqları barədə heç bir rəsmi məlumat yoxdur.
Qeyd edək ki, İranın “Əsr-e İran” və “Tabnak” saytları İranın BMT-dəki daimi nümayəndəliyinin keçmiş əməkdaşlarından olan Bağır Əsədinin bu il mart ayının birinci yarısında Tehranda həbs edildiyi barədə xəbər yayıblar. Onun həbsdən əvvəl Tehranda D-8 qrupunın katibi vəzifəsində işlədiyi bildirilir. Hazırda diplomatın harada saxlanıldığı və nədə ittiham olunduğu barədə heç bir rəsmi məlumat yoxdur.
Şərhlər