Ölkə 22:41 12.04.2021

Daha iki məktəb koronavirusa görə onlayn təhsilə keçdi

Daha iki məktəb koronavirus infeksiyası səbəbindən onlayn təhsilə keçib.

Qaynarinfo  xəbər verir ki, Zərdab rayonunun Məlikmudlu və Callı kənd orta məktəblərində şagirdlər arasında koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb.

Bu səbəbdən hər iki məktəbdə təhsil müvəqqəti olaraq dayandırılıb və onlayn təhsilə keçilib.

Hazırda hər iki təhsil ocağında dezinfeksiya işləri aparılır.(Report)