Mütəxəssislər qrupu bu məsələ ilə bağlı yeni tədqiqat məsələsini müzakirə ediblər. Qeyd edək ki, müzakirələrin hər üç iştirakçısı psixi nasazlıqdan əziyyət çəkirlər.
Cons Hopkins (ABŞ) Universitetinin psixoloqu Key Redfild Cemison bildirib ki, 20 və ya 30 elmi işə "tortured genius" (əzabkeş dahilər) adı verilib. Psixozun bütün növlərindən yaradıcılıq daha çox əhvalın korlanması, xüsusilə də ikiqütblü pozğunluq ilə nəticələnir ki, Cemison özü də bunu yaşayıb. Məsələn, tədqiqatçılar 700 min 16 yaşlı isveçlinin intellektini yoxlayıblar və on il sonra onlardan hansında psixi xəstəlik olduğunu aşkarlayıblar. Məlum olub ki, maksimum bal yığan şagirdlər ikiqütblü pozğunluğa dörd dəfə çox meyllidirlər. İkiqütblü pozğunluq deyəndə əhvalın xoşbəxtliyin ən yüksək nöqtəsindən ağır depressiyaya qəfil dəyişməsi nəzərdə tutulur. Bəs burada yaradıcılıq nə rol oynayır? Cavabı müzakirənin digər iştirakçısı Kaliforniya Universitetinin nevrobioloqu Ceyms Fallon verib:
"İkiqütblü nasazlığı olan insanlar adətən dərin depressiyadan çıxmaq üçün yaradıcılığa meylli olurlar".
Xəstənin vəziyyəti yaxşılaşanda beyin fəaliyyəti də dəyişir: alın hissəsinin aşağısındakı aktivlik donur, yuxarıda isə qızışır. Ən qəribəsi odur ki, eyni hal yaradıcılıq tutması keçirən adamlarda da baş verir.
Cənubi Kaliforniya Universitetindən olan Şizofrenik Elin Seks bunu belə izah edir ki, psixoz insanlar stimulu filtrdən keçirə bilmirlər. Onlar ziddiyyətli fikirlərə eyni anda baxırlar, normal, psixi cəhətdən sağlam insanlar isə bu fikirləri şüurun yuxarı qatlarına göndərməyə layiq bilmirlər. Bütün bunlar həm yaradıcı, həm də dağıdıcı effekt verə bilər.
Məsələn, eksperimentlər göstərib ki, ikiqütblü pozuntunun yüngül formasının olduğu xəstələr təklif edilən sözə üç dəfə artıq təsəvvür verə bilirlər. Əlbəttə, heç kim ağır depressiya tutması və ya şizofreniya zamanı yaradıcı ola bilmir. Bu vəziyyət həyat üçün təhlükəli və çox əzablıdır.
Psixi cəhətdən xəstə olan dahi yazarlar:
1. Virciniya Vulf
Virciniya Vulfun yandırıcı nəsri heç də yalnız istedadlı ruhun deyil, həm də yazıçının həyatındakı ağır dönüşlərin nəticəsidir. Gənc yaşda anasını və bacısı Sellini itirən Virciniya həm də ögey qardaşlarının seksual təzyiqlərinə məruz qalıb. Həyatı boyu yazıçı depressiyadan əziyyət çəkib: daimi baş ağrısı, səslər, görüntülər onu bir neçə dəfə intihara sürükləyib. Nəticədə, 1941-ci ilin 28 martında Virciniya özünü çaya atıb.
2. Edqar Allan Po
Edqar Allan Ponun nəsri həmişə qaranlıqdı, hekayələri şeytanlarla və pisliklərlə doludur. Elə bu şeytanlar da yazıçının şüurunu doldurdu. Həyat yoldaşının ölümündən sonra yazıçı etiraf etmişdi:
"Orqanizmam məni təəccübləndirir, çox qeyri-adi dərəcədə əsəbiyəm. Sağlam şüur arasındakı dəhşətli fasilələrdə dəli oldum".
1849-cu ildə Edqarı Baltimor küçələrində yellən-yellənə yeriyən görürlər. O, bu şəhərə necə gəldiyini izah edə bilməyib. Növbəti gün isə xəstəxanada vəfat edib.
3. Filip K. Dik
Yazıçı-fantastik Filip K. Dik amfetamin asılılıqdan əziyyət çəkirmiş. 1974-cü ildə diş həkimindən qayıdandan sonra onun evində açıq-aydın qarabasmalar bir neçə ay davam edir. Yazıçı qarabasmalarda gördüyü dini yazıları və geometrik fiqurları belə izah edir:
"Onlar kilsə və ədəbiyyatın yeni izahatını verirdilər. Mənə elə gəlirdi ki, bütün həyatım boyu dəli olmuşam və birdən birə ağıllanmışam".
Məhz həmin vaxt "Azad radio Albemut" və "Valis" triologiyaları yazılır.
4. Cek Keruak
Əvvəlcə "Yolda” romanını Cek Keruak on başlıqlı fikirləşir. Amma, roman əvəzinə 36 metr uzunluqda fasiləsiz fikir axını ilə yazılmış kağız yığını yaranır. Bir səhifəni bitirən yazıçı onu yapışqanla növbəti kağıza yapışdırır. Məlumdur ki, Keruak öz yaradıcı ruhuna içki və marixuana da əlavə edirmiş. "Şizoid şəxsiyyət" adı ilə ABŞ-dan çıxarılan Keruak cazla, narkotiklə, səyahətlə dolu həyata atılır.
5. Hovard Fillips Lavkraft
Lavkraft yaradıcılığında fantastika, mistika və dəhşətə çox yer verir. Yazıçı yuxu pozuntusundan əziyyət çəkirmiş. Gecə qarabasmalarında görür ki, zərli qanadlı varlıq onu qaldırıb "murdar Lenq yaylasına" aparır. Belə görüntülərdən sonra Lavkraft dəli vəziyyətdə ayılır. Psixi pozğunluq təkcə onun psixikası ilə bağlı olmur. Yazıçının maddi durumu zəifləyir, həyat səviyyəsi qəfil pisləşir. Bu isə ağır depressiyayla nəticələnir və yazıçı intihara cəhd edir. Sonralar isə Lavkraftın həyatındakı əzablara mədə xərçəngi və böyrək soyuqdəyməsi də əlavə olunur ki, o, bütün ömrü boyu əzab çəkir.
6. Silviya Plat
Silviya Platın ilk intihar cəhdi onun məşhur romanı "Şüşə qapaq altında"da yazılıb. Bu 1953-cü ildə baş verir. Silviyaya əzab verən kliniki depressiyanı yeni metodlarla, hətta elektroşokla sağaltmağa çalışırlar. Belə müalicədən sonra yazıçının vəziyyəti nəinki yaxşılaşmır, o, intihara cəhd edir. Xoşbəxtlikdən intihar alınmır və yazıçıya daha intensiv psixi kömək göstərirlər. Silviya dəfələrlə intihara cəhd edir. Sonra Platı başını qaz açılmış sobaya salmış vəziyyətdə tapırlar.
7. Markiz de Sad
Markiz de Sadın adı çox qəribə həyatı ilə yadda qalır. Yazıçı seksual və mədəni azadlıq haqqında inqilabi ideyalar irəli sürür. Digər insanın alçaldılması və incidilməsiylə həyata keçirilən seksual həzzi isə "sadizm" adlandırırlar. 1803-cü ildə Napaleon Bonapartın əmri ilə Markiz məhkəməsiz və istintaqsız həbs edilir, ağılsız elan edilərək Şaranton psixi xəstəxanasına aparılır. Amma Sad orada da 1814-cü ildə ölümünə qədər pyeslerini yazmağa davam edir.
8. Conatan Svift
İngilis-irland yazıçı Conatan Svift özünün fantastik əsəri "Qulliverin səyahəti" və "Ciddi təklif” satirik pamfleti ilə məşhur olub. Həyatı boyu yazıçı yavaş-yavaş dəli olub. Yazıçı Uill Dyurantın sözlərinə görə, ruhi xəstəliyin əsas əlamətləri 1738-ci ildə yaranıb, hələ də əsl dönüş nöqtəsinin nə vaxt olduğu heç kimə məlum deyil. 1742-ci ildə yazıçının psixi vəziyyəti korlanır, o, rasional və sabit ola bilmir. Məsələn, Dyurant təsvir edir ki, bir dəfə beş nəfər xəstələnmiş gözünü çıxarmaq istəyən Svifti güclə saxlayıbmış. Bu hadisədən sonra yazıçı susur və düz bir il danışmaqdan imtina edir.
9. Ernest Heminquey
Az adam bilir ki, amerikan yazar Ernest Heminqueyin psixi vəziyyəti heç də normal olmayıb. Həyatının böyük hissəsini spirtli içkilərdən əziyyət çəkən yazıçıda iki qütblü psixozdan tutmuş, beynin travmatik xəsarətinə qədər başqa diaqnozlar da olub. Yazıçını psixiatrik xəstəxanaya yerləşdirirlər. Amma onun halı daha da pisləşir, yaddaşını itirir, fikirlərini formalaşdıra bilmir və tezliklə ovçu tüfəngindən açdığı atəşlə intihar edir.
10. Lev Tolstoy
"Anna Karenina”, "Hərb və sülh" kimi dahi əsərlərin müəllifi Lev Tolstoy tez-tez dərin və uzun müddət davam edən depressiya tutmalarından əzab çəkib. 83 yaşı olanda yazıçı asketlər kimi səyahətə başlayır, amma, çox uzağa gedə bilmir, ciyərlərinə soyuq dəyən yazıçı Astapovo stansiyasında dayanır və tezliklə ölür.//publika.az
Qaynar.info
Şərhlər