Ermənistanda hərbi xidmətə yollanmaq istəməyən gənc intihar edib.
Qaynarinfo news.am-a istinadən xəbər verir ki, Ararat vilayətinin Nor Xarberd kənd sakini Arman.T adlı şəx Artaşat magistralı yaxınlığında özünü ağacdan asaraq öldürüb.
Məlumata görə, o, bu addımı Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yerləşən hərbi hissələrdən birində xidmət edəcəyini öyrəndikdən sonra atıb.
28 yaşlı Armanın cibindən məktub tapılıb. O, Dağlıq Qarabağa hərbi xidmətə göndərilməsinə etiraz olaraq intihar etdiyini yazıb.
Şərhlər