Xəbər lenti

Daşkəsəndə dolu düşdü, nəqliyyatın hərəkəti çətinləşdi (FOTO)
Ölkə 16:20 17.09.2021

Daşkəsəndə dolu düşdü, nəqliyyatın hərəkəti çətinləşdi (FOTO)

Qərb bölgəsində güclü külək əsir, dağlıq rayonlara dolu düşüb.

Qaynarinfo "Report"a istinadla xəbər verir ki, günorta saatlarından dağlıq və dağətəyi rayonlarda hava şəraiti kəskin dəyişib.

Daşkəsəndə güclü küləklə müşahidə olunan leysan yağış yağıb. Bir neçə dəqiqə Daşkəsənə və ətraf dağlıq rayonlara dolu düşüb.

Hava şəraiti səbəbindən bəzi yerlərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Avtomobil yollarında nəqliyyatın hərəkətində qismən çətinlik olub.

Hazırda Gəncə şəhərində və yaxın rayonlarda küləkli hava şəraiti müşahidə olunur.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->