Davamçı gənclər Konstitusiya Məhkəməsinin binası ilə tanış olub (FOTOLAR)

Davamçı gənclər Konstitusiya Məhkəməsinin binası ilə tanış olub (FOTOLAR)

"Davam” Gənclər Hərəkatının nəzdində fəaliyyət göstərən Gənc Hüquqşünaslar Klubunun təşəbbüsü ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində görüş baş tutub. 

Görüşdə Hakim Ceyhun Qaracayev, Aparatın Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdiri Anar Cəfərov və müdir müavini İntiqam Eyvazov, Aparatın Məhkəmə iclaslarının təşkili sektorunun müdiri Fərrux Seyidov və davamçı gənclər iştirak edib. 

Görüş zamanı gənclərə konstitusiya və onun əsasları, ədalət anlayışı, məhkəmənin başlıca fəaliyyət istiqamətləri, o cümlədən qarşıda duran prioritet məqsədlərlə bağlı ətraflı məlumat verilib. 

Sonda xatirə fotoları çəkilib. 

Qeyd edək ki, "Davam” Gənclər Hərəkatı nəzdində fəaliyyət göstərən Gənc Hüquqşünaslar Klubunun məqsədi həm gənc hüquqşünasları, həm də qeyri-hüquq ixtisasında olan gəncləri Azərbaycanın hüquq sistemi ilə tanış etmək və onları bu sahə ilə bağlı maarifləndirməkdir.
XƏBƏRLƏR
BLOGLAR
X