Foto 15:39 29.07.2021

"Davam"ın təşkilatçılığı ilə gənclərin ilk çimərlik futbolu kuboku keçirilib

"Davam" Gənclər Hərəkatı, Azərbaycan Futbol Çimərlik Federasiyası və Adidas Park Bulvarın birgə təşkilatçılığı ilə çimərlik futbolu üzrə gənclərin ilk kuboku baş tutub. 

Turnirlə bağlı ictimai müraciət elanı verildikdən sonra 200-dən çox gənc iştirak hüququ qazanmaq üçün qeydiyyatdan keçib. Seçim mərhələsinin yekununda 6 komanda formalaşıb. 

Komandalar formalaşdırıldıqdan sonra "Davam" Gənclər Hərəkatının mərkəzi ofisində püşkatma mərasimi keçirilib. Davamlı İnkişaf Mərkəzinin direktoru Niyaz Əliyev, Azərbaycan Çimərlik Futbol Federasiyasının direktoru Rüfət Həsənov və "Motivator Azerbaijan”-ın rəhbəri Rüfət Həsənovun iştirakı ilə baş tutan püşkatma nəticəsində turnirin rəqib komandaları məlum olub. 

26-28 iyul tarixlərində isə çimərlik futbolu üzrə qrup mərhələsi keçirilib. 

Qeyd edək ki, ilk dəfə baş tutan "Gənclərin çimərlik futbolu kuboku" layihəsinin məqsədi gənclər arasında sağlam həyat tərzinin təşviqi və asudə vaxtlarının səmərəli keçirilməsidir.