Futbol üzrə dünya çempionatında Braziliya Şotlandiyanı məğlub edib.
Qaynarinfo-un məlumatına görə, Mayami stadionunda keçirilən C qrupunun III turunun matçında Cənubi Amerika təmsilçisi rəqibini 3:0 hesabı ilə üstələyib.
"Sambaçılar"ın heyətində Vinisius (7, 45+3) dubl edib. Yekun nəticəni isə Mateus Kunya (60) müəyyənləşdirib.
Braziliya seçməsi C qrupunu 7 xalla lider kimi başa vurub. Şotlandiya isə 3 xalla üçüncü olub.
Qrupun digər oyununda Mərakeş Haitini məğlub edib. Atlanta stadionunda keçirilən matçda Afrika təmsilçisi 4:2 hesablı qələbəyə sevinib.
Mərakeşin heyətində Əşrəf Hakimi (39), İsmael Sayberi (45+1), Sufiyan Rahimi(78) və Casim Yasin (89) qol vurublar. Haitidə isə Lenni Jozef (10) və Vilson İzidor (43) dəqiq oynayıblar.
Bu qələbə sayəsində Mərakeş 7 xalla C qrupunu ikinci tamamlayıb. Xalsız olan Haitinin isə qrupdan çıxmayacağı daha əvvəldən dəqiqləşmişdi.
Şərhlər