Çinin Mədəniyyət Nazirliyi dəfn mərasimlərində erotik rəqsləri qadağan etməyə hazırlaşır. Aznews.az “The Wall Street Journal”a istinadən xəbər verir ki, bu məqsədlə nazirlik polis orqanları ilə sıx əməkdaşlıq edəcək.
Məlumatda qeyd olunur ki, hökumət ictimai asayişi pozduğu üçün bu cür tədbirlərin həyata keçirilməsini pisləyir.
Qeyd edək ki, Çinin əhalisi dəfn mərasimlərinə insanları cəlb etmək üçün striptizçilər dəvət edir. Hesab olunur ki, ölən şəxslə vidalaşmağa nə qədər çox insan gəlsə, ölənin ruhu o dünyada bir o qədər şad olacaq.
Xatırladaq ki, bir müddət öncə internetdə qızların dəfn mərasimində rəqs edərkən alt paltarlarını çıxardıqları şəkillər yayılmışdı. Şəkillərdə striptizçilərə uşaqların tamaşa etdiyi görünüb. Məhz fotolar internetdə yayıldıqdan sonra polis bu məsələyə diqqət ayırıb. Yoxlamaların nəticələrinə görə nümayişin təşkilatçısı cəzalandırılıb. Ona 15 sutka inzibati həbs verilib. Həmçinin həmin şəxs 70 min yuan ( təxminən 11,3 min dollar) cərimələnib.
Cari il aprelin ortalarında məlum olub ki, bu kimi mərasimlər Tayvanda da yayılmağa başlayıb. Belə ki, Tszyan soyadlı yerli sakin ərinin dəfninə iki striptizçi çağırıb. Dul qadının sözlərinə görə, o bunu ərinin son mərasimini unudulmaz etmək üçün edib.
Dəfn mərasiminə rəqqasların çağırılmasına ilk dəfə 2006-cı ildə rast gəlinib. O vaxt Tszyansu əyalətində striptiz-nümayişləri təşkil edən beş nəfər biznesmen saxlanılıb. Onlar “əxlaqsız nümayişlər”in keçirilməsində günahlandırılıblar.
Qaynar.info
Şərhlər