İndoneziyanın şəriət tərəfindən idarə olunan Açe vilayəti yenə dəhşətli görüntülərlə gündəmə gəlib.
Qaynarinfo-nun Reuters-ə istinadən məlumatına görə, vilayətin Banda Aceh şəhərində 2-si qadın olmaqla zina etməkdə ittiham olunan 6 nəfər insanların gözü önündə bambuk ağacından hazırlanan xüsusi çubuqla döyülüb.
İki qadına 11 bambuk cəzası verilib. 5-ci zərbədən sonra əlini qaldırmaq məcburiyyətində qalan qadınlardan birinə su verilib və ardınca yenə döyülüb. Rəsmilər 6 nəfərə 11-22 arası bambuq cəzası verildiyini açıqlayıb.
"Normalda daha ağır cəzalar verilir, lakin izləyici kütləsi az olduğundan daha yüngül cəza verilib", - deyə rəsmilərdən biri söyləyib.
Bu tip cəzaların geniş yayıldığı Açedə regional idarəçilik cəzaların bundan sonra açıq məkanlarda deyil, qapalı yerlərdə gerçəkləşdiriləcəyini açıqlamışdı. Digər tərəfdən isə sakinlər qərara etiraz edərək bələdiyyə binasının önündə aksiya keçirmişdilər.
"Əgər şallaq və bambuk cəzaları qapalı yerlərdə verilsə zina hadisələrinin sayı artar", - deyə nümayişçilər aksiya zamanı deyiblər.
Şərhlər