Xəbər lenti

Ölkə 19:13 06.09.2017

Dələduzluqda təqsirləndirilən vəkilə bəraət verildi

Bakı ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən vəkil Sadıq Abışovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, S. Abışova bəraət verilib.

Hakimlər kollegiyası onun əməlində cinayət tərkibi olmadığı qənaətinə gəlib.

Qeyd edək ki, S. Abışov Vəkillər Kollegiyasının üzvü olub. O, zərərçəkmiş Vidadi Mürsəlovun şikayəti əsasında saxlanılıb. V. Mürsəlov cinayət işi ilə bağlı vəkillə müqavilə bağlasa da, sonradan S. Abışov tərəfindən ona məxsus təxminən 135 min manat məbləğində pulun ələ keçirildiyini iddia edib.

S. Abışov barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Qaynarinfo.Az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?