Video 15:46 17.09.2019

Dəmir arakəsmələr can alır, yoxsa xilas edir? (VİDEO)

Yollarda hərəkətin təhlükəsizlik və hərəkət istiqamətlərini müəyyənləşdirmək üçün illərdir dəmir arakəsmələrdən istifadə edilir. Son illərin statistik göstəricilərinə görə, qəzalar zamanı bu metal listlər hadisənin ağırlıq dərəcəsinə kifayət qədər təsir edir.

Qaynarinfo ARB TV-nin "Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Mütəxəssislər deyir ki, bu metal arakəsmələr toqquşma zamanı yaranan kinetik enerjinin azaldılması üçün nəzərdə tutulub. Amma yüksək sürət amili eləcə də, toqquşma anından asılı olaraq həmin arakəsmələr ciddi fəadlara səbəb olur.

Ekspert Ərşad Hüseynovun fikrincə, onlar adətən toxunan zərbələrə hesablanır, frontal zərbələrə deyil: Toxunan zərbə olduqda kinetik enerjinin bir hissəsini udur. Deformasiya edir, lakin uçurumdan düşəndə və ya qarşı tərəfdəki ilə toqquşandan daha az zərərlə çıxır”.

Bu kimi amillər nəzərə alınaraq yollara daha müassir beton plitələrin quraşdırılmasına başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli sözlərinə görə, onun xüsusi təkər qaytar hissəsi var ki, maşının təkəri bir başa olaraq o betonla çırpınmanın qarşısını alır və təkər dəydikdə o əks istiqamətdə hərəkət edir.

Mütəxəsislərın fikrincə, yaxşı olar dünyada müassir texnoloji yeniliklərlə hazırlanan təhlükəsizlik bariyerlərinin tətbiqinə keçid edilsin.

"Dünyada belə bir təcrübə var ki, ayırıcı zolağın arasında beton, daş hasar qoyulanda ondan təqribən metiryarım aralıda hər hansı bir bardyor və başqa nəsə olur. Bu da zərbəni bir qədər yüngülləşdirir” deyə Ərşad Hüseynov bildirir.

Ekpertlər deyir ki, bu yeniliklərə kimi, qəzaların daha çox baş verdiyi nöqtə və məntəqələr yenidən analiz edilisin. Hərəkətin təhlükəsizliyi üçün yaranan çatışmazlıq aradan qaldırılsa, ağır qəza hallarnın da sayı azalmış olar.

');