Çində böyrək çatışmazlığından əziyət çəkən bir xəstə qeyri-adi addım atıb.
Belə ki, Xu Sunven adlı şəxs özünün hazırladığı hemodializ aparatından istifadə edir. Məlumata görə, illərdir hazırlanan qurğu indi üzə çıxıb.
Onun sözlərinə görə, xəstə tibb müəssisələrindəki bahalı müalicəyə analoq tapmaq üçün sertifikatlaşdırılmış hemodializ aparatının sürətini yaratmalı olub. Aparatın hazırlanmasına mətbəx əşyalarındna istifadə edilib. Aparata isə "dəmir böyrək" adı verilib.
Xu Sunven 13 ildir ki, xəstəliklə mübarizə üçün özünün ixtirasından istifadə edir. O, qanı toksiki maddələrdən effektiv təmizləyir, maddələr mübadiləsini yaxşılaşdırır və su-elektrolit balansını qoruyur.
ANS PRESS
Şərhlər