Dənizçilərə Sosial Dəstək İB yeni layihə hazırladı

Dənizçilərə Sosial Dəstək İB yeni layihə hazırladı

Dənizçilərə Sosial Dəstək ictimai birliyi bir neçə layihə hazırlayıb.

Bu barədə Qaynarinfo-ya birliyin sədri Faiq Balabəyli deyib. Sədr hazırlanan layihələrin ölkəmizdə fəaliyyət göstərən dənizçilik şirkətlərinə göndərildiyini qeyd edib:

"Məqsəd dənizçilərimizin sosial həyatlarında müəyyən rol oynamaq və bununla da onlara dəstək olmaqdır. Onlarla təkliflər almışıq. DSD İB-nə dəvət etdiyimiz mütəxəssislər həmin təkliflərlə bağlı işlər görür. Sözsüz ki, gələn təkliflərin, edilən müraciət və ərizələrin təyinatı üzrə olmayanları da var. İşimizi elə qurmaq istəyirik ki, bizdən umduqları qədər də razı qalsınlar”.

F.Balabəyli yaxın aylarda dünyanın bir çox şirkətləri ilə əlaqələr quracaqlarını bildirib: 

"Onlarla tanışlıq və niyyət anlaşması imzalayacağıq. Hansı ölkədə və şirkətdə çalışmalarına baxmayaraq, bütün Azərbaycan dənizçilərinə dəstək olmağımızı, onların hüquqlarını qoruyacağımızı bildirəcəyik. Artıq bu istiqamətdə işlər aparılır. Elə bu günlərdə birliyin sədr müavini, tanınmış mühəndis, ADDA-nın baş müəllimi Hüseyn Məmmədov (Hüseyn Sözlü ), maliyə departamentinin rəhbəri İlham Qəhrəmanov,  mətbuatla iş üzrə mütəxəssisi Fərrux Həmidli, Müstəqil.Az saytının redaktoru Tural Səfərlinin iştirakı ilə bir dəfə onlayın konfrans keçirilib. Bundan əlavə isə mənim iştirakımla müavinim Hüseyn Sözlü və maliyəçi İlham Qəhraman olmaqla toplantımız olub. Hər iki toplantıda görüləcək işlər və dənizçilərimizin sosial həyatlarının yaxşılaşdırılması istiqamətində edilən təkliflər müzakirə edilib”.

Faiq Balabəyli əlavə edib ki, dənizçilər təklif və iradlarını, müraciətlərinizi bu elektron ününa göndərə bilərlər: [email protected]

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR