Siyasət 11:29 22.10.2020

Deputat: “Azərbaycan İranın bu hərəkətini hec vaxt unutmayacaq”

"Azərbaycan İranın bu hərəkətini hec vaxt unutmayacaq”.


BunuQaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə İranın oktyabrın 20-dən etibarən Rusiyadan Ermənistana uçan hərbi təyyarələr üçün hava məkanını bağlaması ilə bağlı yayılan məlumata aydınlıq gətirərkən deyib. Deputat buna görə, İran dövlətinə öz təşəkkürünü bildirib:

 



"İranın Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşıması, Ermənistana silah göndərilməsinin qarşısını alması dosta, mehriban qonşuya xas olan bir addımdır. Bu gün Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün azadlıq mübarizəsini aparır. Azərbaycan bütün dünyadan istədiyi tək bir şey var, Ermənistana kömək etməmək. Bu mübarizədə ədalət bizim tərəfimizdədir”.


Aydın Mirzəzadə qeyd edib ki, Azərbaycan ordusunun gücü daxilində torpaqlar mütləq işğaldan azad ediləcək.


Qeyd edək ki, İran oktyabrın 20-dən Rusiyadan Ermənistana uçan hərbi təyyarələr üçün hava məkanını bağlayıb. Qətərin nüfuzlu "Əl Cəzirə” telekanalı bu barədə İranın Müdafiə Nazirliyinin məlumat yaydığını deyib.


Bahar Rüstəmli