Ekonomiks 16:48 11.07.2020

Deputat: "Bu gün BNA üzərinə düşən vəzifələri yüksək səviyyədə icra etməkdədir"

"Azərbaycanda koronavirus pandemiyası ilə mübarizədə Bakı Nəqliyyat Agentliyini böyük əməyi var".

Bunu Sonxeber.az-a açıqlamasında deputat Cavid Osmanov bildirib.

Deputat qeyd edib ki, Bakı Nəqliyyat Agentliyi Operativ Qərargah tərəfindən ictimai nəqliyyatda insanların sağlamlığının qorunması ilə bağlı onların qarşısına qoyduğu qaydalara əməl edilməsi üçün bütün addımları atmaqdadır:

"Sərt karantin dövründə metronun fəaliyyəti dayandırıldığı üçün daha çox yük Bakı Nəqliyyat Agentliyinin üzərində düşdü. Bilirsiniz ki, xüsusi karantin rejiminin gücləndirilməsi işləri çərçivəsində metro stansiyaların fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar, Bakı Nəqliyyat Agentliyi 5 əlavə xüsusi ekspres marşrut xəttii təşkil etdi. Bu ekspres marşrut xəttinin təşkil edilməsində məqsəd insanlarımızın çətinlik çəkmədən, rahat şəkildə işinə və evinə getməsini təmin etməkdir. Bugünki vəziyyəti təhlil edən zaman görürük ki, Bakı Nəqliyyat Agentliyi üzərinə düşən vəzifələri yüksək səviyyədə icra etməkdədir. Bu məsələdə insanlarımızın da məsuliyyətli olması vacibdir. Vətəndaşlarımız ictimai nəqliyyatdan istifadə edən zaman qoruyucu tibbi maskalardan istifadə edib, sosial məsafəni qorumalıdırlar. Sürücülərin qoyulan qaydalara əməl etməsi, avtobusların vaxtı-vaxtında dezinfeksiya edilərək qoruyucu təmizlik məhlulları ilə təmin edilməsi Bakı Nəqliyyat Agentliyinin vətəndaşların sağlamlığını necə önəmsədiyinin göstəricisidir. Mənim fikrimcə Bakı Nəqliyyat Agentliyi onların qarşısına qoyulan vəzifələri layiqincə və yüksək səviyyədə icra edərək insanlarımızın təhlükəsiz şəkildə ünvan başına çatmasına yardımçı olurlar. Bakı Nəqliyyat Agentliyinin vətəndaşların sağlamlığını bu qədər düşünməsi və qoyulan qaydalara yüksək səviyədə icra etməsi təqdirəlayiqdir. İnanıram ki, Bakı Nəqliyyat Agentliyi gələcək günlərdə də üzərinə düşən öhtəlikləri layiqincə icra edərək insanlarımızın sağlamlığının qorunmasında öz töfhəsini verəcəkdir".