Xəbər lenti

Deputat:
Siyasət 12:20 20.10.2019

Deputat: "Əli Kərimlinin özünü Xocalı sakini kimi aparmağa mənəvi haqqı yoxdur"

Sosial şəbəkələrdə özünü "Milli Şura" adlandıran qurumun və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin dünənki razılaşdırılmamış aksiyası növbəti dəfə uğursuzluğa düçar oldu.

"Report" xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti "Milli Şura"nın və AXCP-nin oktyabrın 19-da mitinq keçirmək haqqındakı müraciətinə razılıq versə də, müvafiq yer ayırsa da, təşkilatçılar icazəli mitinqdən imtina edərək, paytaxtın mərkəzində qanunsuz aksiya kerçirməyə cəhd göstərdilər. Lakin müxalifətçilərin səylərinə baxmayaraq bu cəhd uğursuz alındı.

Bütün bunlar bir yana, tərəfdarlarını qanunsuz aksiyaya çağıran Əli Kərimli polis tərəfindən buraxıldıqdan sonra müsahibəsində özünü qəhrəman kimi qələmə verib. Bunu onun təəssüf və təəccüb doğuran fikirləri də sübut edir: "Dedim ki, özümü Xocalıda, əsirlikdə hiss edirəm".

Şübhəsiz ki, Əli Kərmlinin özünü "əsirlikdə olanlar" kimi qələmə verməsi təkcə partiya sədrinin "liderlik" iddiasını göstərmir, həm də onun Xocalı əsirlərini adiləşdirməsi cəhdlərini ortaya qoyur.

Deputat Elman Məmmədov "Report”a açıqlamasında bildirib ki, Əli Kərimlinin özünü Xocalı sakini kimi aparmağa mənəvi haqqı yoxdur: "Mən hələ 1992-ci ildəki danışıqlarımda, verdiyim izahatlarda qeyd eləmişəm ki, həmin dövrdə Xocalıda baş verənlərə görə, ermənilərin Xocalıda törətdikləri soyqırıma görə həmin dövrkü iqtidar nə qədər məsuliyyət daşıyırdısa, müxalifət də o qədər məsuliyyət daşıyırdı. Mənə elə gəlir ki, bunları uyğunlaşdırmaq və düşmənlər tərəfindən xalqımızın başına gətirilən soyqırımı belə aşağılamaq, onun tərəfindən özünü xocalılılarla müqayisə etmək tariximizə, soyqırımımıza qarşı haqsızlıqdır, onu aşağılamaqdır. Təbii ki, biz hamımız Xocalı sakinləri olaraq bunu pisləyirik".  

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->