Deputat: “O zaman deyə bilərik ki, Azərbaycan öz məqsədinə nail oldu”

Deputat: “O zaman deyə bilərik ki, Azərbaycan öz məqsədinə nail oldu”

"Erməni silahlı qüvvələri işğal olunmuş ərazilərimizdən çıxardılandan sonra deyə bilərik ki, Azərbaycan öz məqsədinə nail oldu”.


Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib. Onun fikrincə, Azərbaycan silahlı qüvvələri Ermənistanın təxribatını dəf edərək, onları sülhə məcbur edir:


"Azərbaycanın hazırda Qarabagda keçirdiyi əməliyyatlar sülhməramlı missiyadır. Bizim istəyimiz tezliklə sülhə nail olmaqdır. Bundan əlavə,erməni təxribatının qarşısını almaq, silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxartmaq və Ermənistanı sülhə məcbur etməkdir. Düşünürəm ki, bütün Azərbaycan xalqı qəhrəman silahlı qüvvələrimizvə Ali Baş Komandanlabirlikdədir. Bizim missiyamız sülhə nail olmaqdır”.


Asim Mollazadə bildirib ki, Ermənistan təxribatını, ərazi iddialarını davam etdirir:


"Erməni silahlı qüvvələri işğal olunmuş ərazilərimizdən çıxardılandan sonra deyə bilərik ki, Azərbaycan öz məqsədinə nail oldu və Ermənistanı sülhə məcbur etdi. Biz sülh istəyirik. Ermənistan isə təxribatını, ərazi iddialarını davam etdirir. Bir çox mülki əhaliyə yenidən zərbələr endirilib, uşaqlar, qocalar erməni təxribatının qurbanı olub. Biz buna son qoymalıyıq”.


Bahar Rüstəmli

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR